MSK Şirvanda DİN-lə birgə seminar-müşavirə keçirib

MSK Şirvanda DİN-lə birgə seminar-müşavirə keçirib
# 15 dekabr 2014 10:46 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirə keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirədə ətraf rayonların 29 dairə seçki komissiyalarının sədrləri və 17 rayon polis şöbələrinin nümayəndələri iştirak edib.

Seminar-müşavirədə MSK əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri bələdiyyə seçkilərinin keçirilməsi, bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, təqdimat və müzakirələr aparıb.

Növbəti seminar-müşavirə dekabrın 16-da Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR