Bakıda restorandan oğurluq edən şəxslər saxlanılıb

Bakıda restorandan oğurluq edən şəxslər saxlanılıb
# 03 noyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda restorandan oğurluq edən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-ə keçən gecə Bakı şəhər sakini, Qədim Süleymanova məxsus, A.Zeynallı küçəsində yerləşən restorandan açar seçmə yolu ilə 1450 manat dəyərində spirtli içkilər oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR