ARDNŞ-in dövlət büdcəsinə ödədiyi vəsait 9% artıb

ARDNŞ-in dövlət büdcəsinə ödədiyi vəsait 9% artıb
# 13 noyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən bu ilin oktyabr ayında dövlət büdcəsinə 151,691 mln. manat vəsait ödənilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 12,715 mln. manat və ya 9,1% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 564 mln. 548 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 240,480 mln. manat və ya 18,2% çox olub.

Bundan əlavə, bu ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,369 mln. manat vəsait köçürüb. Bu, ötən oktyabr ayı ilə müqayisədə 2,255 mln. manat və ya 18,9% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 mln. 916 min manat təşkil edib ki, bu da ötən ilin 10 aylıq dövrü ilə müqayisədə 1 mln. 196 min manat və ya 1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR