ABŞ dövlət katibinin müavini Avropaya səfər edəcək

ABŞ dövlət katibinin müavini Avropaya səfər edəcək
# 17 mart 2015 00:39 (UTC +04:00)

APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ABŞ rəsmisi Yunanıstan, Sloveniya, İtaliya və Belçikada bir sıra görüşlər keçirəcək.

Danışıqlar zamanı ikitərəfli, regional və qlobal mövzular ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.

“Martın 20-də dövlət katibinin müavini Brüsseldə NATO komandanlığı, Avropa İttifaqının yüksək rütbəli nümayəndələri, o cümlədən Avropa Komissiyasının üzvləri ilə görüşəcək”, məlumatda deyilir.

Həmçinin, Viktoriya Nuland Almaniyanın Marşall Fondunun təşkil etdiyi ənənəvi Brüssel forumunda iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR