Liviyada silahlılar iki tunisli jurnalisti edam ediblər

Liviyada silahlılar iki tunisli jurnalisti edam ediblər
# 29 aprel 2015 22:43 (UTC +04:00)

Bakı-APA. Liviyada silahlılar 2014-cü ildə girov götürülən iki tunisli jurnalisti edam ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Tunis hökuməti hadisə ilə əlaqədar Liviyaya xüsusi nümayəndə heyəti göndərmək niyyətindədir.

Bununla belə, Tunis hökuməti jurnalistlərin edam faktını rəsmən təsdiqləməyib. Hələlik qətlin hansı qruplaşma tərəfindən törədildiyi də məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR