Belçikanın dövlət naziri: “Avropadakı bəzi miqrantlar cəmiyyətə inteqrasiya olmur və paralel həyat yaşayırlar”

Belçikanın dövlət naziri: “Avropadakı bəzi miqrantlar cəmiyyətə inteqrasiya olmur və paralel həyat yaşayırlar”
# 28 aprel 2015 15:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “On il əvvəl heç kəs dünyada dini radikalizmin hökm sürəcəyini təsəvvür edə bilməzdi”.

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Radikallaşma” mövzusunda panel müzakirəsində çıxışı zamanı Belçikanın dövlət naziri Herman de Kroo deyib. O, bir neçə il əvvəl ölkəsində təhsil naziri olarkən məktəblərdə islam dininin tədris olunduğunu söyləyib: “Biz istəyirdik ki, İslam dini məktəbdə öyrədilsin, məktəbdən kənarda yox. Belçikada, Avropada olan bəzi miqrantların adaptasiya problemi olur. Hazırda peyk vasitəsilə dünyadakı bütün televiziya kanallarını izləmək mümkündür. Dili televiziya vasitəsilə öyrənirlər. Bir çox ailələr yalnız öz dillərində kanalları izləyirlər. Onlar yaşadıqları dövlətə inteqrasiya etmirlər, işsiz qalırlar. Biz bu insanlarla işəməyə çalışırıq. Onlar paralel həyat yaşayırlar və bir gün təbliğatçıların qurbanına çevrilirlər. Hazırda bizim ölkə möhkəm şəkildə təhlükəsizliyini təmin edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR