Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5% artıb
# 20 dekabr 2014 12:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5% artaraq 6,1 mlrd. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 59,4%-i hüquqi şəxslərdə yaranıb və bu müəssisələrdə əhaliyə 4,5 mlrd. manatlıq və ya 5,1% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 58,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,0 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR