Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib - VİDEO

Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib - <span style="color: red;">VİDEO
# 24 avqust 2015 23:40 (UTC +04:00)

APA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın müvafiq bəyanatı dövlət başçısının saytında dərc edilib. Bundan əvvəl Ərdoğan ölkədə noyabrın 1-də erkən parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü ifadə edib.

“Bütün partiyalarla keçirilən danışıqlara baxmayaraq, yeni hökumət qurmaq mümkün olmayıb. Bu səbəbdən prezident yeni seçkilərin keçirilməsinə dair qərar verib”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar parlament sədri İsmət Yılmazla üç saat davam etmiş görüşdən sonra dərc edilib.

Türkiyə tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək. Türkiyə Konstitusiyasına əsasən, koalisiya hökuməti qurmaq üçün seçkilərdə qələbə qazanmış partiya liderinə mandat verildikdən sonra 45 gün ərzində hökumətin qurulmadığı halda növbədənkənar seçkilər keçirilir.

Qeyd edək ki, seçkiqabağı dövrdə ölkəni hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və kürdyönümlü Xalqların Demokratiyası Partiyasının (HDP) üzvlərindən yaradılacaq müvəqqəti hökumət idarə edəcək. Digər iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) müvəqqəti hökumətdə təmsil olunmaqdan imtina ediblər. Onların müvəqqəti hökumətdəki yerini heç bir partiya üzvü olmayan nazirlər tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR