Müsavat Partiyasının MNTK sədri: “”Ağ Blok"un təqdimatına Müsavatın əleyhdarları toplaşmışdı”

Müsavat Partiyasının MNTK sədri: “”Ağ Blok"un təqdimatına Müsavatın əleyhdarları toplaşmışdı”
# 26 avqust 2015 09:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Tural Abbaslı düzgün yol seçməyib”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova Müsavat başqanlğına sabiq namizəd Tural Abbaslının “Ağ Blok” təsis etməsinə münasibət bildirərkən deyib.

S. Hüseynova qeyd edib ki, Müsavat Partiyasının daxilində blok yaradaraq deputatlığa namizədlik irəli sürmək mümkün deyil. O, T. Abbaslının partiyadan kənarlaşdırılacağını istisna etməyib: “Hələ ki "Ağ Blok" təqdimatını keçirib. Əgər Tural Abbaslı və digər Müsavat üzvləri partiyanın siyasi xəttinə zidd hərəkət etsələr, təbii ki, bu məsələ MNTK-da müzakirə olunacaq. "Ağ Blok"un təqdimatına yalnız Müsavatın əleyhdarları, partiyadan kənarlaşdırılanlar toplaşmışdılar. Onlar özlərini ləkələnməmişlər kimi təqdim edirlər. Əgər onların fikrincə müxalifətdə ləkələnməmişlər 5-6 nəfərdirsə, deməli, digərlərinə kölgə salırlar. Ona görə də mən hesab edirəm ki, Tural Abbaslı düzgün yol seçməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR