Lənkəranda yol qəzasında dörd nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında dörd nəfər xəsarət alıb
# 29 aprel 2013 08:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 28-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Lənkəran şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Eldar oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil onun həmyerlisi, 1990-cı il təvəllüdlü Tofiq Nazim oğlu Qədirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğramaqla bərabər, onun sürücüsü də daxil olmaqla, sərnişinləri - Lənkəran rayon sakinləri, 1989-cu il təvəllüdlü Elvin Seyran oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Əkrəm Azad oğlu Axundov, 1979-cu il təvəllüdlü Ramin Abdulla oğlu İsayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılara göstərilən müvafiq tibbi yardımlardan sonra hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR