Tiflisdə gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışı olu - FOTO

Tiflisdə gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışı olu - <span style="color: red;">FOTO
# 01 iyun 2015 18:34 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İnteqrasiya Mərkəzinin açılışında Gürcüstan prezidentinin müşaviri Sofiya Şamanidi, Azərbaycan səfirliyinin rəsmisi İlyas Məmmədov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev və İnteqrasiya Mərkəzinin təşkilatçısı, Krtsanisi rayon bələdiyyəsinin sabiq deputatı, vəkil Merab Rapava və s. çıxış edərək Tiflisin Ortacala, 4 küçəsində "Viktoriya" adlı gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışını yüksək qiymətləndiriblər.

Sonra gürcü və azərbaycanlı uşaqlar hər iki dildə mahnılar oxuyub və rəqslər nümayiş etdiriblər. Sonda uşaqlara şirin süfrə açılıb.

Layihənin təşkilatçılarından biri Merab Rapava APA-ya açıqlamasında İnteqrasiya Mərkəzinin 1 İyunda açılmasının təsadüfi olmadığını bildirib: "Burada sosial cəhətdən aztəminatlı ailələrin uşaqları məktəbdən sonra həm dərslərə hazırlaşacaq, həm də pulsuz yeməklə təmin olunacaqlar. Biz gürcü və azərbaycanlı dostlarımızla birgə bu layihəni təşkil etmişik. Biz seçim üsulu ilə 50 nəfər 7-8-10 yaşlı gürcü və azərbaycanlı uşaqlarını seçmişik. Onlar hər gün İnteqrasiya Mərkəzində dərs keçəcək, müxtəlif dərnəklərdə iştirak edəcək, dövlət dilini öyrənəcəklər. Dövlətin bu istiqamətdə xüsusi proqramı var. Biz bu proqramla kiçik uşaqları dostluğa, qardaşlığa və istər gürcü, istərsə də Azərbaycan dilini öyrənməyə cəlb edəcəyik", deyə M. Rapava bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR