ABŞ İraqa Ər-Ramadi şəhərini geri qaytarmağa kömək edəcək

ABŞ İraqa Ər-Ramadi şəhərini geri qaytarmağa kömək edəcək
# 18 may 2015 19:37 (UTC +04:00)

Bakı-APA. ABŞ İraq hökumətinə Ər-Ramadi şəhərini geri qaytarmağa kömək edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

“Sözsüz ki, bu uğursuzluqdur. ABŞ Ər-Ramadini İraqa qaytarmağa kömək edəcək, heç kim buna şübhə etməsin”, deyə Ratke bildirib.

Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR