Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi yaxın vaxtlarda istismara veriləcək - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi yaxın vaxtlarda istismara veriləcək - <span style="color: red;">FOTO
# 11 iyul 2014 07:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis “ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 1,5 km təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6 hərəkət zolağı inşa edilir.

Layihə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2 avtobus dayanacağı, hər tərəfdə eni 1 m olan səkilər və eni 1m olan ayrıcı zolaqda işıqlandırma sistemi quraşdırılacaq. Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, Sulutəpə-Biləcəri istiqamətində 3 qat, Biləcəri-Sulutəpə hissəsində isə 2 qat asfalt-beton örtük döşənməsi başa çatıb. Hazırda Biləcəri-Sulutəpə hissəsində asfalt-beton örtüyünün 3-cü qatının vurulmasına hazırlıq işləri gedir.

Sulutəpə-Biləcəri hissəsi nəqliyyatın hərəkəti üçün açıq olan yolun yaxın vaxtlarda bütün zolaqlarının istismara verilməsi gözlənilir.

Yolun müasir üslubda yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən Bakı şəhərinə, eyni zamanda Lökbatan-Xocəsən istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR