Müəllimlərin attestasiyası üzrə yeni mexanizmlər hazırlanır

Müəllimlərin attestasiyası üzrə yeni mexanizmlər hazırlanır
# 21 oktyabr 2014 13:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müəllimlərin attestasiyası üzrə yeni mexanizmlər hazırlanır. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, nazirlik tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bakı şəhərinin ümumtəhsil məktəblərində işləyən müəllimləri əhatə edən bu tədbirlərin regionlarda da həyata keçirilməsi nəzərdə tutulub. Hazırda Təhsil Nazirliyi beynəlxalq təcrübə də nəzərə alınmaqla müəllimlərin sertifikasiyası (attestasiyası) üzrə yeni mexanizmlərin hazırlanmasına başlayıb.

Bu sahədə tətbiq ediləcək mexanizmlər təsdiq edildikdən sonra müvafiq işlərə başlanacaq və ictimaiyyət bununla əlaqədar məlumatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR