Yunanıstanda referendum keçirilib

Yunanıstanda referendum keçirilib
# 05 iyul 2015 20:22 (UTC +04:00)

Bakı – APA. Yunanıstanda referendum keçirilib.

APA-nın məlumatına görə, referendum Yunanıstan vətəndaşlarının ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməsi, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyi ilə bağlı keçirilib.

Referendumun ilkin nəticəsinə görə, iştirakçıların əksəriyyəti “xeyr” cavabını verib. Bu isə Yunanıstanın Avropa Birliyinin təklif etdiyi paketi, həmçinin kreditorlar tərəfindən irəli sürülmüş şərtlərin qəbul edilməməsi deməkdir.

Referendumun son nəticəsi hələlik rəsmən açıqlanmayıb.

Yunanıstanın baş naziri Aleksis Çipras referendumda kreditorların şərtlərinin qəbul edilməsi üçün “bəli” cavabının çoxluq təşkil edəcəyi təqdirdə istefa verəcəyini açıqlayıb. O, “Yunan xalqının qüruru üçün Avropa Birlyinə qarşı dirənmənin” tək yol olduğunu qeyd edib.

Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR