Nəqliyyat və rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı artıb

Nəqliyyat və rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı artıb
# 15 may 2015 08:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 70,3 min muzdlu işçinin 70,3%-i dövlət müəssisələrində, 29,7%-i özəl bölmədə çalışıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işçilərin 50,3%-i yerüstü və boru kəməri, 9,9%-i su, 17,6%-i hava nəqliyyatı, 22,2%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,6% artaraq 535,8 manat, bu göstərici dəniz nəqliyyatında 943,4 manat, hava nəqliyyatında 825,1 manat, metro nəqliyyatında 589,3 manat, avtomobil nəqliyyatında 299,9 manat, dəmir yolu nəqliyyatında isə 198,7 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 33,3%, hava nəqliyyatında 5,4%, boru nəqliyyatında isə 1,3% artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1% artaraq 751 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR