Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

 Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 16 iyul 2014 07:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilə qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR