Həbsxanaya araq keçirilməsinin qarşısı alınıb

Həbsxanaya araq keçirilməsinin qarşısı alınıb
# 27 sentyabr 2014 11:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki – araq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR