Bakıda ruhi xəstə özünə xəsarət yetirib

Bakıda ruhi xəstə özünə xəsarət yetirib
# 07 iyul 2015 15:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ruhi xəstə özünə xəsarət yetirib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sarayevo küçəsi ev 14, mənzil 10-da qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elcan Elşən oğlu Əliyev dəmir parçası ilə özünə daxilə nüfuz edən xəsarətlər yetirib.

E. Əliyev ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polisdən E. Əliyevin ruhi xəstə olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR