Gürcüstanın Kutaisi şəhərində yaşayış binasında partlayış baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Partlayış nəticəsində bir qadın yüngül yanıq xəsarətləri alıb.
Binanın sakinləri təxliyə edilib.