Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı poçt şöbələrində aparılmayacaq

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı poçt şöbələrində aparılmayacaq
# 18 mart 2015 12:19 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Aprelin 1-dən Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq.

Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud Xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əlavə məlumat üçün (012) 919 nömrəsinə müraciət etmək olar.

Xatırladaq ki, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli Qanununa əsasən Məcəllənin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt” sözləri “informasiya ehtiyatı” sözü ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR