Beyləqanda bir gecədə bir neçə mağazadan oğurluq edən maskalı şəxslərin kimliyi məlum olub - FOTOSESSİYA

Beyləqanda bir gecədə bir neçə mağazadan oğurluq edən maskalı şəxslərin kimliyi məlum olub - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 07:33 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Beyləqan rayonunda oğurluqla məşğul olan maskalı qrup üzvlərinin kimliyi açıqlanıb.

Beyləqan rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna onların 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Eyvaz oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Tofiq oğlu və 1987-ci il təvəllüdlü Kərimov Sarvan Mehman oğlu olduğu bildirilib.

Məlumata görə, Beyləqan rayonu Yeni-Mil qəsəbəsində yaşayan Qubadlı rayon sakini Elman Qarayevin şikayəti əsasında əməliyyat planı hazırlanıb. E. Qarayev ona məxsus mağazadan təxminən 1400-1500 manat dəyərində ərzaq məhsulları və pul oğurlandığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, eyni vaxtda, eyni kənddə Natiq Bayramova məxsus mağazadan 1581 manat dəyərində ərzaq və gündəlik tələbat malları və 100 manat nağd pul oğurladıqdan sonra Ramazan Babakişiyevin mağazasının kilidini sındıraraq ona məxsus mağazadan 109 manat dəyərində ərzaq və gündəlik tələbat malları oğurlayıblar.


Beyləqan rayon Polis Şöbəsi əməkdaşları qrupun başqa üzvlərinin olduğunu istisna etmədiyi üçün araşdırmalarını davam etdirir. Eyni zamanda onların digər rayonlarda oğurluq əməllərinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR