Masallı rayonunda meşə yanğınları ara vermir - FOTOSESSİYA - VİDEO

Masallı rayonunda meşə yanğınları ara vermir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 avqust 2014 15:49 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, naməlum səbəblərdən baş vermiş yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının əməkdaşları, yanğından mühafizə dəstələri, həmçinin yerli sakinlər cəlb ediliblər.

Hektarlarla ərazidə ağac və kol örtüyünə ziyan dəyib.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınlarının çıxması mümkün olmadığından yanğınla mübarizəyə FHN, ETSN və yerli qurumların 400-ə yaxın canlı qüvvəsi, 2 helikopter və bir təyyarə cəlb olunub.

Bu gün isə əraziyə daha 50 canlı qüvvə gətirilib. Masallı və ətraf rayonlardan olan dövlət yanğından mühafizə hissələrinin birgə səyi ilə yanğının genişlənməsinin qarşısının alınması istiqamətində mümkün olan tədbirlər görülür, həmçinin ağır texnikanın imkanlarından istifadə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə APA-ya bildirib ki, yüksək dağlıq ərazidə közərmələr qeydə alınır, quraqlıq olduğundan və hava küləkli keçdiyindən yenidən alovlanmanın baş verməməsi üçün aviasiya cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR