Azərbaycan prezidenti İsrailin sabiq baş nazirini qəbul edib

Azərbaycan prezidenti İsrailin sabiq baş nazirini qəbul edib
# 04 may 2013 16:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan İsrailin keçmiş baş naziri Ehud Barakı qəbul edib. Bu barədə APA «AzərTAc» agentliyinə istinadən məlumat verib.

Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olunub. Bu tədbirin beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik bildirilib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR