TQDK 2014-2015-ci tədris ilinin təqvim planını təsdiq edib

TQDK 2014-2015-ci tədris ilinin təqvim planını təsdiq edib
# 30 sentyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilinin təqvim planını təsdiq edib. TQDK-dan APA-ya verilən məlumata görə, komissiyasının sədri Məleykə Abbaszadə “2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin “Təqvim planı”nı təsdiqləyib. Şəhər (rayon) təhsil şöbələri, təhsil müəssisələrinin rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, yeni tədris ilinin təqvim planı ilə tanış olsunlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR