Sabah Azərbaycanda 14-19 dərəcə isti olacaq

Sabah Azərbaycanda 14-19 dərəcə isti olacaq
# 20 oktyabr 2014 10:29 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR