Almaniya-Niderland matçının keçiriləcəyi stadionun qarşısında bomba aşkarlanıb - VİDEO

Almaniya-Niderland matçının keçiriləcəyi stadionun qarşısında bomba aşkarlanıb - <span style="color: red;">VİDEO
# 17 noyabr 2015 22:23 (UTC +04:00)

Bakı - APA. Bir müddət əvvəl terror təhlükəsi səbəbindən təxirə salınmış Almaniya-Niderland futbol matçının keçiriləcəyi planlaşdırılan Hannover stadionu yaxınlığındakı avtomobillərin birində partlayıcı qurğu aşkarlanıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu “təcili yardım” avtomobilində aşkarlanıb.

Hannover polis idarəsinin rəisinin sözlərinə görə, terrorçular partlayıcı qurğunu stadionun daxilində partlatmağı planlaşdırıblar.

Stadionun qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Hannoverin “HDI- Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin izləyəcəyi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR