Poroşenko Donetsk və Luqansk vilayətlərində atəşkəs rejiminin bərpasını istisna edib

Poroşenko Donetsk və Luqansk vilayətlərində atəşkəs rejiminin bərpasını istisna edib
# 04 iyul 2014 21:28 (UTC +04:00)

APA-nın məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Belə ki, iyulun 4-də Ali Radada təmsil olunun fraksiyaların liderləri ilə görüşdə Poroşenko ölkənin şərqində atəşkəs rejiminin bir daha bərpa edilməyəcəyini vurğulayıb.

Bundan əvvəl Poroşenko atəşkəs rejiminin bərpasının üç şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd etmişdi: atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR