Yunanıstanda seçkiqabağı “sükut günü” elan edilib

Yunanıstanda seçkiqabağı “sükut günü” elan edilib
# 19 sentyabr 2015 01:44 (UTC +04:00)

Bakı – APA. Yunanıstanda bazar günü keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar “sükut günü” elan edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

“Seçkilərimizin nəticəsi bütün Avropa üçün həlledici olacaq”, deyə solçu SİRİZA koalisiyasının başçısı, sabiq baş nazur Aleksis Tsipras bildirib.

Qeyd edək ki, seçkiqabağı sorğuların nəticələrinə görə, A.Tsiprasın rəhbərlik etdiyi koalisiya əsas rəqibi olan “Yeni demokratiya” partiyasını 1% qabaqlayır. SİRİZA-ya respondentlərin 26,2%-i, “Yeni demokratiyaya” - 25,1%-i səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR