Əmlak Məsələləri Dövlət Komitəsi "Mingəçevir Toxucu" ASC-nin ləğv edilməsi ilə bağlı komissiyası yaradıb

Əmlak Məsələləri Dövlət Komitəsi "Mingəçevir Toxucu" ASC-nin ləğv edilməsi ilə bağlı komissiyası yaradıb
# 16 sentyabr 2015 12:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi pambıq lifinin və pambıq parçaların istehsalı ilə məşğul olan “Mingəçevir Toxucu” ASC-nin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan prezidentinin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 26.02.2015-ci il tarixli 1077 saylı sərəncamının 5.2 bəndinin və Nazirlər Kabinetinin 07.05.2015-ci il tarixli 119a saylı sərəncamının icrasını təmin etmək məqsədilə “Mingəçevir Toxucu” ASC-nin ləğv edilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12.08.2015-ci il tarixli əmrlə ləğvetmə komissiyası yaradılıb.

Kreditorlar ləğvetmə komissiyasının yarandığı tarixdən etibarən 60 gün müddətində öz tələblərini irəli sürə bilərlər. Tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə Mingəçevir şəhəri, H.Əliyev prospekti 287, “Mingəçevir Toxucu” ASC-yə təqdim etməlidir.

Qeyd edək ki, “Mingəçevir-Toxucu” ASC-nin ləğv edilməsində əsas məqsəd şirkətin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Mingəçevir Sənaye Parkının daimi istifadəsinə verilməsini təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR