Astarada yol kənarında kişi meyiti tapılıb

Astarada yol kənarında kişi meyiti tapılıb
# 15 avqust 2015 07:18 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara rayonunda yol kənarında kişi meyiti tapılıb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Ərçivan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Talıb Dadaş oğlu Zərbiyevin meyiti yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib.

Meyit daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Mərkəzinə gətirilib.

Meyit müayinə olunduqdan sonra onun üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR