Azərbaycan Konqreslər Bürosu mehmanxana və turizm agentlikləri üçün təlim təşkil edib

Azərbaycan Konqreslər Bürosu mehmanxana və turizm agentlikləri üçün təlim təşkil edib
# 13 mart 2015 18:38 (UTC +04:00)

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ekspert Valentini Amarantidounun apardığı təlimdə iştirakçılar təkliflərin hazırlanması, təklifin təqdim olunması prosesi barədə məlumatlandırılıblar.

Büronun növbəti təlimi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə aprelin 7-də təşkil olunacaq.

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR