"Təmiz Şəhər" beynəlxalq konfransda iştirak edib

"Təmiz Şəhər" beynəlxalq konfransda iştirak edib
# 06 iyun 2016 08:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Almaniyanın Münhen şəhərində ekoloji texnologiyalar üzrə ən böyük sərgi və konfransın keçirildiyi “IFAT 2016” öz işinə başlayıb.


“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumasta görə, 30 may – 3 iyun tarixlərində keçirilən bu ilki sərgi-konfrans bərk məişət tullantılarının idarə edilməsinə həsr olunub.

Tədbirdə hər il 50-dən çox ölkədən yüzlərlə şirkət özünün ətraf mühitin qorunmasına dəstək olan texnologiyalarını nümayiş etdirir, müxtəlif ölkələr bir-biri ilə təcrübə mübadiləsi aparır, yeni texnologiyaları öyrənir.

Azərbaycandan “Təmiz Şəhər”in nümayəndələri də bu sərgidə iştirak edərək tullantıların idarə olunması sahəsində ən son texnologiyalarla yaxından tanış olub, ölkəmizdə tətbiqi imkanlarını araşdırıb. Konfransda iştirak edən Səhmdar Cəmiyyətin nümayəndələri Azərbaycanda tullantıların idarə edilməsi sahəsində aparılan işlər və tətbiq olunan modern texnologiyalar barədə məlumat verib.

Eyni zamanda qurumun əməkdaşları tullantıların idarə olunması sahəsindəki ən böyük sərgi-konfransda iştirak edən digər şirkətlərlə tanış olaraq əməkdaşlıq əlaqələri qurub, müxtəlif ölkələrin bu sahədə qazandığı təcrübə öyrənilib.

“Təmiz Şəhər” Azərbaycanda tullantıların idarə olunmasında daim müasir texnologiyalardan istifadə edərək tullantıların zərərsizləşdirilməsini həyata keçirir.

“IFAT 2016” sərgisində 170 ölkədən 150 min nəfərə yaxın ziyarətçi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR