Qəbələdə olimpiya atıcılıq növləri üzrə keçirilən II Beynəlxalq Qran-Pri yarışlarının açılışı olub - FOTOSESSİYA

Qəbələdə olimpiya atıcılıq növləri üzrə keçirilən II Beynəlxalq Qran-Pri yarışlarının açılışı olub   - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2015 22:19 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçiriləcək yarışlara mayın 17-də start veriləcək. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danşıblar. Tədbirdə qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ikinci beynəlxalq turnirdir.

Məlumat verilib ki, ümumi mükafat fondu 96 500 ABŞ dolları olan bu yarışda 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Emirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-ə yaxın idmançı iştirak edəcək. Bu beynəlxalq yarışda Azərbaycanı olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə Azərbaycan çempionu olan Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Əli Hüseynli ölkəmizi təmsil edəcək. Yarışlara mayın 24-də yekun vurulacaq.

Çıxışlardan sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR