Şəmkir sakini özünü güllələyib

Şəmkir sakini özünü güllələyib
# 20 noyabr 2015 08:15 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir sakini ehtiyatsızlıqdan özünü güllələyib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1973-cü il təvəllüdlü Ələddin Cəfərov qarın nahiyəsinin güllə yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR