Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub

Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub
# 04 avqust 2014 17:01 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən APA-ya verilən məlumata görə, avqustun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm təqribən iki dəfə çox olmaqla 130 m3/s və ongünlük normanın 98 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici təqribən beş dəfə çox olmaqla 96 m3/s təşkil edərək ongünlük normanın 138 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə edilməyib. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR