Səxavət Soltanlı: “Tural Abbaslının fikirləri qərəzlidir”

Səxavət Soltanlı: “Tural Abbaslının fikirləri qərəzlidir”
# 17 mart 2015 15:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. "Tural Abbaslının fikirləri doğru deyil. Bu səviyyədə ittihamları, ziddiyyətli fikirləri Tural Abbaslının son zamanlar özünü Müsavat Partiyasından uzaq qoyması ilə əlaqələndirirəm”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı partiya başqanlığına sabiq namizəd Tural Abbaslının fikirlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, T. Abbaslı Müsavatda qrup, tərəfdar məsələsinə qarşı olduğunu söyləsə də, bütün müsahibələrində “mənim tərəfdarlarım” ifadəsini işlədir. S. Soltanlı T. Abbaslının fikirlərinin qərəzli olduğunu vurğulayıb: “Bir tərəfdən deyir ki, "mənim qrupum, sənin qrupun anlayışı ilə yarışmağın tərəfdarı deyilik", guya kimlərinsə qrup maraqlarından çıxış etdiyini bildirir, hansı ki, açıqlamasına "mənim tərəfdarlarım" ifadəsi ilə başlayır. Bu dərəcədə ziddiyyətli münasibət peşəkar davranış deyil. Müsavat Partiyasında heç kimin tərəfdarı yoxdur, Müsavat Partiyasında partiyanın siyasi xəttini dəstəkləyənlər ola bilər. Siyasi partiya üzvü tərəfindən "mənim tərəfdarlarım" ifadəsinin işlədilməsi gülüncdür. Müsavat Partiyasında heç bir daxili rəqabət yoxdur, kimlərsə xırda narazılıqlarını mətbuat vasitəsilə şişirtmək istəyirlərsə, özlərinə zərər vermiş olurlar. Müsavat Partiyası Azərbaycanda daxili demokratiyası olan yeganə siyasi qurumdur. Ötən Məclis ərəfəsində "mənim tərəfdarlarım seçkilərə qatılmayacaq" demişdi, amma anası, hörmətli Başxanım Abbaslı Divana namizədliyini verdi və seçildi. Görünən odur ki, Tural Abbaslı doğru olmayan davranışlarını davam etdirmək, daha bir neçə nəfəri də bu davranışlara şərik etmək istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR