Türkiyə istehsal etdiyi tankları başqa ölkələrə də satacaq

Türkiyə istehsal etdiyi tankları başqa ölkələrə də satacaq
# 17 mart 2015 15:10 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Türkiyə "Altay" milli tankları ilə yanaşı, tank motoru, çarx və sürət qutusu da istehsal edəcək.

APA-nın Anadolu xəbər agentliyinə istinadən xəbərinə görə, bu barədə Türk Motor Sənaye və Ticarət Şirkəti İdarə Heyətinin rəhbəri Nuri Albayrak məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq 30 tank motoru və sürət qutusunun istehsalı planlaşdırılır. Sonrakı illərdə bu say artacaq.

N.Albayrak bildirib ki, tanklar və istehsal ediləcək məhsullar xaricə də satılacaq. Bununla bağlı Milli Müdafiə Nazirliyi qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR