Bakıda fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Bakıda fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb
# 14 aprel 2015 15:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb.

Bu barədə “APA-Economics” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, Nizami rayonu, Keşlə qəsəbəsi, ev 31 ünvanda yerləşən Rzayev Rafiq Əsgər oğluna məxsus “Əbülfət” ərzaq və təsərrüfat mağazasının fəaliyyəti araşdırılarkən onun 41 min 766 manat vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, mağazadakı 7 min 300 manat məbləğində müxtəlif növ ərzaq və gündəlik tələbat malları qanuna müvafiq qaydada siyahıya alınıb.

Bundan başqa, Binəqədi rayonu, Z. Bünyadov prospekti, ev 43 ünvanda yerləşən “Təbib” LTD-yə məxsus topdansatış obyektinin fəaliyyəti araşdırılarkən onun 151 min 432 manat vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 89 min 350 manat dəyərində soyuducu qanuna müvafiq qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR