Bank Of Baku

İran səfiri Gürcüstan XİN-ə çağırılıb

İran səfiri Gürcüstan XİN-ə çağırılıb
# 30 sentyabr 2026 16:47 (UTC +04:00)

İran səfiri Seyed Ali Moucani Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili səfirə onun sosial şəbəkələrdə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını izah edib.

O, bu cür bəyanatların ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərdiyini qeyd edərək İran tərəfinin belə halların təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəyinə və bununla da Gürcüstan tərəfinin əlavə addımlar atmasına ehtiyacın qalmayacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, diplomat “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb. O, İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib. Səfirin bu hərəkəti Gürcüstanın hakim dairəsində və ictimaiyyət arasında kəskin narazılıqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR