Rusiya və Gürcüstan tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub

Rusiya və Gürcüstan tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub
# 30 sentyabr 2015 09:32 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.

Bundan başqa Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR