Almaniyanın “tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb

Almaniyanın “tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb
# 27 may 2015 13:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Almaniyanın “tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reportajda Azərbaycanda keçiriləcək I Avropa Oyunları, Bakı şəhərinin müasir və tarixi yerləri, İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah, palçıq vulkanları, Qobustan, Göygöl rayonundakı alman yaşayış məskənləri haqqında məlumat verilib.

Telekanala müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, turistlərin sayı hər il daha da çoxalır. Nazir Azərbaycanda infrastruktur işlərindən söhbət açıb, Bakıda müasir binaların inşa olunmasını, son illərdə yeni brend otellərin tikildiyini qeyd edib.

Bakının dünya səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsini vurğulayan nazir, I Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə keçirilən beynəlxalq musiqi festivallarının əhəmiyyətini qeyd edib və bildirib ki, bu kimi tədbirlər adət-ənənələrimiz, mədəniyyət və təbiətlə yaxından tanış olmaq imkanı yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR