Mahaçqalada antiterror əməliyyatı rejimi ləğv olunub

Mahaçqalada antiterror əməliyyatı rejimi ləğv olunub
# 08 may 2015 23:07 (UTC +04:00)

Bakı-APA. Mahaçqalada mayın 8-də tətbiq olunan antiterror əməliyyatı rejimi ləğv olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Respublikası üzrə operativ qərargahın nümayəndəsi bildirib.

“Moskva vaxtı ilə saat 23:00-da antiterror əməliyyatı rejimi ləğv olunub”, deyə mənbə bildirib.

Qeyd edək ki, antiterror əməliyyatı rejimi Mahaçqalanın mərkəzində mayın 8-i, səhər saatlarında tətbiq edilmişdi. Burada çoxmərtəbəli binaların birində iki silahlı və onlarla əlbir daha bir nəfər mühasirəyə alınmışdı.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR