Tiflisdə QMİ-nin Gürcüstan nümayəndəliyinin 20 illiyi qeyd olunub

Tiflisdə QMİ-nin Gürcüstan nümayəndəliyinin 20 illiyi qeyd olunub
# 28 sentyabr 2015 16:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin 20 illik fəaliyyətinə həsr olunmuş görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan katalikosu və patriarxı II İlya, xristian və müsəlman din xadimləri, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov, sabiq deputatlar Hidayət Hüseynov, Ramiz Bəkirov, İshaq Novruzov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.

Tədbirdə II İlya çıxış edərək Azərbaycanla Gürcüstan arasında olan dinlərarası tarixi dostluqdan, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ilə aralarında olan dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. O, 20 il ərzində QMİ-nin Gürcüstan nümayəndəliyinin geniş fəaliyyət göstərdiyini, nümayəndəliyin rəhbəri Hacı Əli Əliyevin fəaliyyəti sayəsində dinlər arasında dostluğun daha da möhkəmləndiyini bildirib.

Tədbirdə Gürcüstan parlamentinin deputatı A. Süleymanov, sabiq deputatlar H. Hüseynov, İ. Novruzov, F. Həsənov və başqaları çıxış edərək Gürcüstan patriarxı II İlyaya QMİ-nin Gürcüstan nümayəndəliyinin 20 illiyinə həsr olunmuş görüşü təşkil etdiyinə görə təşəkkür ediblər. Ç

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR