SKMF bu il sahibkarlara 66 mln. manat kredit verilib

SKMF bu il sahibkarlara 66 mln. manat kredit verilib
# 23 iyun 2016 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Lerik rayonunun Anbu kəndində biznes forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 209 sahibkara 66 mln. manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir".

O qeyd edib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib: "Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb".

Forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR