Almaniyada mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Almaniyada mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 15 avqust 2015 02:16 (UTC +04:00)

Bakı-APA. Almaniyanın paytaxtı Berlində ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Berlin Dairəvi yolunda qeydə alınıb.

Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qeyd olunur ki, Hamburq şəhərinə gedən mikroavtobus naməlum səbəbdən idarəetməni itirib və qarşısında hərəkət edən yük avtomobilinə arxadan çırpılıb. Ölən və xəsarət alanların hamısı mikroavtobusda olanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR