Bakı metrosunun yeni stansiyaları kondisionerli vaqonlarla təmin olunacaq

Bakı metrosunun yeni stansiyaları kondisionerli vaqonlarla təmin olunacaq
# 26 avqust 2014 14:50 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Hazırda “Bakı Metropoliteni”nin mövcud xətlərində və stansiyalarında kondisionerli vaqonlardan istifadə edilməsi texniki parametrlərə görə mümkün deyil. Bununla bağlı mümkün variantlar üzərində işlər gedir. Ola bilsin ki, gələcəkdə biz bununla bağlı yeniliklər həyata keçirəcəyik”, - deyə N. Paşayev bildirib.

Qurumun rəsmisi əlavə edib ki, “Bənövşəyi xətt”də açılacaq yeni stansiyaların hamısında qatarlar kondisionerli vaqonlarla təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR