Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü Assambleyası keçirilir - FOTOSESSİYA

Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü Assambleyası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2014 12:03 (UTC +04:00)

APA-nın məlumatına görə, noyabrın 21-dək davam edəcək tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri qatılıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi Martin Kreutner akademiyanın sürətli inkişaf etdiyini və artıq dünya əhalisinin üçdə ikisini əhatə etdiyini diqqətə çatdırıb. O ölkəmizin İACA-ya qoşulduğu vaxtdan onun işində fəallıq etdiyini deyib, Azərbaycanın bu tədbirə ev sahibliyini təqdirəlayiq hal adlandırıb. M.Kreutner bu tədbirin akademiyanın təşkilat kimi möhkəmlənəcəyinə böyük təkan verəcəyini bildirib.

Baş prokuror Zakir Qaralov Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirə ev sahibliyi etməsini hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu qeyd edib. O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyini həyata keçirdiyi müddət üçün korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığın digər məsələlərlə yanaşı prioritetlər sırasına daxil edilməsini dövlət başçısı İlham Əliyevin güclü siyasi iradənin nəticəsi olduğunu bildirib.

Baş prokuror Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə böyük önəm verməklə sıx əlaqələr yaratdığını və təşkilatın üzvü kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb.

Daha sonra müşahidəçilərin iştirakı ilə etimadnamələr şöbəsinin hesabatı dinlənilməklə qəbul edilib.

Tədbir davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR