Bilik Fondu “Vətənin pərvəri ol!” müsabiqəsinin qaliblərini mükafatlandırıb - FOTO

Bilik Fondu “Vətənin pərvəri ol!” müsabiqəsinin qaliblərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 16 mart 2015 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində keçirilən “Vətənin pərvəri ol!” yaradıcılıq müsabiqəsi yekunlaşıb. Fonddan APA-ya verilən məlumata görə, ötən ilin dekabrında elan olunan müsabiqəyə təqdim olunan işlər 4 nominasiyada və 3 yaş qrupunda qruplaşdırılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qaliblərin mükafatlandırılması və rəsm, foto, əl işlərindən ibarət sərginin açılış mərasimi olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, “Vətənin pərvəri ol” müsabiqəsində Azərbaycanın bütün rayonlarından 645 nəfər iştirak edib. Bunlardan 411-i qadın, 234-ü kişidir. Müsabiqə iştirakçılarından 544 nəfər 10-17 yaş, 49 nəfər 18-25 yaş, 52 nəfər 26-35 yaş qrupunda təmsil olunublar.

Münsiflərə 732 iş təqdim edilib. Bunlardan 292-si şeir, esse, hekayə nominasiyasında, 295-i rəsm, 73-ü əl işi, 72-si isə fotodur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov belə müsabiqələrin keçirilməsini yüksək qiymətləndirərək qalibləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Üç nominasiya üzrə müxtəlif yaş qruplarından 10 iştirakçı I yerə, 15 iştirakçı II yerə, 20 iştirakçı III yerə layiq görülüb, 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər qiymətli hədiyyələrlə və diplomlarla təltif olunublar.

Rəssamlıq Akademiyasının rəhbərliyi rəsm nominasiyasında 18-25 yaş qrupunda I yer tutan fiziki qüsurlu iştirakçı Behbud Cəfərquliyevə bir illik pulsuz hazırlıq kursları, III yer tutan iştirakçı – Ağdaş rayonunun Abad kənd sakini fiziki qüsurlu Qənirə Xəlilova üçün distant məşğələlər təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR