Rusiya aviasiyası bir gündə Suriyada terrorçuların 206 obyektini məhv edib

Rusiya aviasiyası bir gündə Suriyada terrorçuların 206 obyektini məhv edib
# 19 noyabr 2015 23:53 (UTC +04:00)

Bakı-APA. Rusiya aviasiyası noyabrın 18-də Suriyada 126 uçuş həyata keçirərək terrorçuların 206 obyektini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya SQ Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib.

Onun sözlərinə görə, uçuşlar “Tu-160”, “Tu-22m3” tipli təyyarələrlə Rusiyanın ərazisindən və taktiki aviasiya ilə Xmeymim aerodromundan həyata keçirilib.

“O cümlədən, Xmeymim aerodromundan həyata keçirilən 100 uçuş nəticəsində terrorçulara məxsus 190 obyekt məhv edilib. Onların arasında 58 komanda məntəqəsi, 41 silah-sursat anbarı, 17 dayaq məntəqəsi və müdafiə istehkamları məhv edilib.

Andrey Kartapolov əlavə edib ki, uzaq mənzili 16 qanadlı raketlərlə Hələb və İdlib əyalətlərində terrorçuların 7 çox mühüm obyekti məhv edib.

Rakka və Deyr-Ez-Zor əyalətlərində İŞİD-in 12 obyekti məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR